Главная > Dünya > Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla görüşə getdi

Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla görüşə getdi


13-03-2017, 09:55.

Səudiyyə Ərəbistanı şahzadəsinin müavini Məhəmməd ibn Salman Donald Trampla görüşmək üçün ABŞ-a yola düşüb.

Trend-in məlumatına görə, həmçinin Səudiyyə Ərəbistanının müdafiə naziri vəzifəsini tutan Məhəmməd Tramp və digər ABŞ rəsmiləri ilə bir çox məsələlərlə yanaşı, "ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələləri" də müzakirə edəcək.

Bu, Trampın Səudiyyə Ərəbistanı kralı ailəsinin nümayəndəsi ilə inauqurasiyadan sonra ilk görüşü olacaq.

 


Вернуться назад