Главная > Mövqe > Mövlud Çavuşoğlu Niderlandı faşizmin paytaxtı adlandırıb

Mövlud Çavuşoğlu Niderlandı faşizmin paytaxtı adlandırıb


12-03-2017, 19:39.

Fransanın Meç şəhərində keçirilən mitinqdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Niderlandı "faşizmin paytaxtı" adlandırıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

"Niderlandı demokratiyanın paytaxtı adlandırırlar və mən bunu dırnaq işarəsi ilə deyirəm, çünki əslində o, faşizmin paytaxtıdır", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.

 

 


Вернуться назад