Главная > Müsahibə > “Ata, yolunu gözləyirik” – Siyasi məhbus övladlarının əl işlərinin sərgisi keçirildi-FOTOLAR

“Ata, yolunu gözləyirik” – Siyasi məhbus övladlarının əl işlərinin sərgisi keçirildi-FOTOLAR


11-03-2017, 23:30.

Bu gün siyasi məhbus övladlarının"Ata, yolunu gözləyirik”adlı əl işlərinin sərgisi keçirilib.

Sərgidə siyasi məhbus ailəri ilə yanaşı, Müsavat başqanı Arif Hacılı, başqan müavini Fərəc Kərimli, Divan üzvləri Alya Yaqublu və Vəfa Cümşüdlü, keçmiş vicdan məhbusu Sirac Kərimli ediblər iştitak. Bu haqda "Basta”yaFərəc Kərimli məlumat verib.

ADP-nin qərargahında keçirilən sərgidə məhbus övladlarının əl işləri nümayiş etdirilib siyasi məhbuslar haqqında çıxışlar dinlənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 160-dan çox siyasi məhbusun olduğu bildirilir. Siyasi motivlərlə həbs olunanların arasında jurnalistlər və bloqçular; yazar və şairlər; hüquq müdafiəçiləri; gənc fəallar; siyasətçilər; dindar fəallar; keçmiş hakimiyyət nümayəndələri də var:

Jurnalist və bloqçular:

Mehman Hüseynov, Seymur Həzi, Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu (İbişbəyli), Cavid Şirəliyev.

Gənc fəallar:

İlkin Rüstəmzadə, Elvin Abdullayev, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəmanov.

Siyasətçilər:

İlqar Məmmədov, Zeynalabdin Bağırzadə, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli, Faiq Əmirli.

Dindar məhbuslardan 106 nəfərin həbsdə olduğu bildirilir.İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Taleh Bağırovunda adları həmin bölümdədir.

Keçmiş hakimiyyət nümayəndələrindən 3 nəfərin siyasi məhbus olduğu bildirilir:Əli İnsanov, Asif Lətifov, Rüfət Səfərov.


 



Вернуться назад