Главная > Aktual > Türkiyə XİN-dən açıqlama: "Hollandiya səfirimiz işinə qayıtmasın"

Türkiyə XİN-dən açıqlama: "Hollandiya səfirimiz işinə qayıtmasın"


12-03-2017, 00:17.

Türkiyə-Hollandiya arasında gərginlik getdikcə böyüyür.

Musavat.com "Hürriyət"ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər nazirliyi Hollandiya hökumətinin türkiyəli nazirlərin girişini dayandırdıqdan sonra açıqlama verib. Açıqlamada yazılıb: "Hələ də icazəli olaraq Türkiyədən kənarda olan Hollaniya səfirimizin bir müddət vəzifəsinə qayıtmasını arzu etmədiyimizi bildiririk”.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun uçuş icazəsinin ləğv edilməsindən ardından Rotterdama getmək istədiyini bildirən Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisləri tərəfindən saxlanılıb.

 

Aygün, musavat.com
Вернуться назад