Главная > Maraqlı > Alman müəllimdən şagirdlərə Ərdoğan sualı - Foto

Alman müəllimdən şagirdlərə Ərdoğan sualı - Foto


10-03-2017, 21:59.

Türkiyə Ədliyyə naziri Bəkir Bozdağın Almaniyada referendumla bağlı keçirəcəyi toplantının ləğv edilməsindən sonra iki ölkə arasında yaranan gərginlik bir alman məktəbində də gündəmə gəlib.

Axar.az xəbər verir ki, məktəblərin birində müəllim yazı lövhəsinə Türkiyə ilə bağlı üç sual yazaraq, şagirdlərin fikrini soruşub.

Şagirdlərə ünvanlanmış suallar bunlardır:

1. Ərdoğan kimdir?

2. Nə işlə məşğuldur? Niyə belə bir açıqlama verdi?

3. Bəkir Bozdağ kimdir?

Yazı lövhəsinə Ərdoğanın şəklinin vurulması da diqqət çəkib.

Xatırladaq ki, Ərdoğan bu ölkədə türk nazirlərin çıxışına icazə verilmədiyi üçün Almaniyadakı rejimi faşistlərlə eyniləşdirmişdi.

 

 


Вернуться назад