Главная > Kriminal > İsmayıllıda polisə qumbara atdılar
İsmayıllıda polisə qumbara atdılar10-03-2017, 20:23. |
Bu gün, martın 10-da polis İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhəd oğlunu saxlamaq istəyərkən, cinayətkar özünü müdafiə etmək məqsədilə əlindəki qumbaranı kafenin ərazisinə atıb. Virtualaz.org-a bu məlumatı Rayon Polis Şöbəsindən veriblər. Mənbəyə görə, baş vermiş partlayış nəticəsində rayon sakini Səfa Məlikov ayağından yaralanıb. Onun vəziyyətinin sabit olduğu deyilir. Partlayış nəticəsində başqa zərərçəkən olmayıb.
Вернуться назад |