Главная > Kriminal > İŞİD-ə qoşulan azərbaycanlı ailə məhv edildi...

İŞİD-ə qoşulan azərbaycanlı ailə məhv edildi...


16-10-2015, 23:47.
bitmap-img6Bu barədə Londonda mənzillənmiş insan haqları üzrə Suriya müşahidə qrupu - "Syrian Observatory for Human Rights” məlumat yayıb.

Məlumata əsasən Rusiyaya, yaxud beynəlxalq koalisiyaya məxsus olduğu ehtimal edilən bombardmançılar oktyabrın 15-də Deyr əz-Zor əyalətinin əl-Mayadin qəsəbəsindəki hədəflərə zərbələr endiriblər.

Bu zərbələr nəticəsində Azərbaycandan olan 2 qadın və 6 uşaq həlak olub. Qadınların ərlərinin İŞİD sıralarında döyüşdüyü bildirilir.

Azərbaycandan olan ailələrin əl-Mayadin qəsəbəsinin mərkəzində yerləşən binalardan birinə endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub.

Həmin qəsəbə İŞİD-in nəzarəti altındadır. Lakin aviazərbələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın, yoxsa Rusiya aviasiyasının endirdiyi məlum deyil.

Məlum olduğu kimi, Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin bir çoxu öz ailələrini, o cümlədən azyaşlı uşaqlarını da özləri ilə aparırlar.

virtualaz.org

 


Вернуться назад