Главная > Mədəniyyət > Şvartsenegger: "Deyəsən, Tramp məni sevir..."

Şvartsenegger: "Deyəsən, Tramp məni sevir..."


8-03-2017, 19:53.

Dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerlə ABŞ Prezidenti Donald Tramp arasında qalmaqal davam edir.

Axar.az xəbər verir ki, Şvartsenegger bir radio kanalına müsahibəsində jurnalistin "Tramp niyə davamlı olaraq sizin haqqınızda danışır” sualına məzəli şəkildə "Deyəsən, o, məni sevir” cavabını verib.

Siyasət haqda da fikirlərini bölüşən aktyor Donald Trampın bu işi bacarmadığını yenidən vurğulayıb.

Qeyd edək ki, Arnold Şvartsenegger daha əvvəl Trampa, "Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın”, - deyib.

 


Вернуться назад