Главная > Video xəbər > Yuxu dərmanları ölümə səbəb ola bilərmi? – Mütəxəssislərdən XƏBƏRDARLIQ! – VİDEO

Yuxu dərmanları ölümə səbəb ola bilərmi? – Mütəxəssislərdən XƏBƏRDARLIQ! – VİDEO


8-03-2017, 18:25.

"Doza düzgün verilməyəndə xoşagəlməz hallar baş verir"

ARB TV-nin "Günün ardınca" verilişində yuxu dərmanlarının ziyanlarından bəhs edilib.

Alimlərin hesablamalarına görə, insan ömrünün üçdə birini yuxuda keçirir. Yuxu canımızdakı yorğunluğu çıxartmağa, enerjimizi bərpa etməyə bizə kömək edir.

Akif Əsədullayev (psixiatr) : "Yuxu müddətində bütün bədən istirahət edir. Eyni zamanda beyində olan müəyyən funksiyalar bir növ sönmüş şəkildə olur. Onlar istirahət edir. Səhəri gün insan qalxanda daha gümrah olur. Yuxu dərmanları asılılıq yarada bilər. Həkim nəzarəti ilə yuxu dərmanlarından istifadə olunmalıdır".

Mirsakit Miriyev (nevroloq) : "Elə adamlar var ki, qısamüddətli yatır. 5 saata özünü gümrah hiss edir. Elə adamlar da var ki, 10 saat da yatsa, bəs etmir. Yuxu dərmanları həkim reseptləri ilə verilməlidir. Doza düzgün verilməyəndə xoşagəlməz hallar baş verir. Sürücülərə və dəqiq cihazlarla işləyən şəxslərə yuxu dərmanı vermək məqsədəuyğun deyil".

Bəzən elə hallar var ki, insanlar yuxusuzluqdan əziyyət çəkir. Belə olduqda yuxunu nizama salmaq üçün müəyyən şeylərdən istifadə olunur. Hətta yuxu dərmanlarından da istifadə olunur.

Elazə Məmmədova (əczaçı) : "Bizə müxtəlif cür yaxınlaşıb yuxu dərmanları istəyirlər. Amma həkim resepti olmadan satmırıq. Resept tələb olunmayan dərmanları veririk".

Eyni zamanda tənəffüs yolunda problemləri olan şəxslərə yuxu dərmanı vermək fəsadlar törədə bilər. Metəxəssislərin fikrinə görə, yuxu problemləri olan şəxslər ilk öncə yuxularına mane olan səbəbləri aradan qaldırmalıdırlar.


 

Uluyol.info
Вернуться назад