Главная > Mənəviyyat > İranda dəhşətli edam – Peyğəmbərin ailəsini qoruduğu üçün öldürüldü – Video

İranda dəhşətli edam – Peyğəmbərin ailəsini qoruduğu üçün öldürüldü – Video


1-01-2016, 13:01.

110420

İranda dəhşətli bir edam gerçəkləşib. Yenicag.az "Timetürk”ə istinadən bildirir ki, Bəhram Əhmədi adlı gənc edam edilib. 17 yaşında həbs edilən gəncin üç illik məhkəmədən sonra ailəsinə xəbər verilmədən 20 yaşında zindanda öldürüldüyü bildirilib.

Buna səbəb isə nə qədər qəribə də olsa, İran İslam Respublikasında Həzrəti Peyğəmbərin (s) ailəsini və xanımı Həzrəti Aişəni qoruması olub. Məzhəbçiliyin din yerinə keçdiyi İranda Həzrəti Aişəni müdafiə etdiyi üçün Bəhram Əhmədi rejim tərəfindən edam edilib.

Xəbərdə deyilir ki, Bəhramın meyidi ailəsinə verilməyib.

Qeyd olunur ki, qardaşı Şəhram da eyni "suç”-Sünni olmaqla ittiham olunaraq, edam olunacağı günü gözləyir.

Bəhram Əhmədinin vəsiyyəti isə internetdə ən çox izlənən videolar arasındadır.


Вернуться назад