Главная > Mövqe > "Ermənilər, farslar bizə türk deyir, Arif Rəhimzadə isə..."

"Ermənilər, farslar bizə türk deyir, Arif Rəhimzadə isə..."


7-03-2017, 17:12.

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bir neçə dəfə mətbuata açıqlama verərək, azərbaycanlıların türk olmadığını və buna görə də heç kimdən üzür istəməyəcəyini bildirib.

 

Millət vəkilinin növbəti açıqlaması siyasi partiyalar tərəfindən də mənfi qarşılanıb. Bununla bağlı Moderator.az-a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, sanki Arif Rəhimzadə milyonlara insanın acığına bir daha bu mövzunun üzərinə gəlib:

 

"İlk öncə bizim türk olmamağımızı deməsi cəmiyyət də çox şiddətlə qınandı. Demək olar ki, cəmiyyətin bütün təbəqələri bu mövzuda öz kəskin münasibətini bildirdi. Hər kəs də Arif Rəhimzadəni ona görə qınadı ki, millətin, xalqın adından danışmaq olmaz! Məgər türk olmaq ayıb bir işdir?! Şəxsən mən özümü TÜRK oğlu Türk sayıram! Və Azərbaycan dövlətinin tərkibində başqa etnik xalqların münayəndələri də var. Hər kəs də öz milli kimliyi ilə qurur duya bilər. Bütün bunlar normaldır. Ancaq heç kəsin ixtiyarı yoxdur ki, milyonlarla insan adından danışasan və bu sayda insanın milli kimliyini müzakirə edəsən. Bu, yolverilməzdir! Arif Rəhimzadə çox yaxşı bilməlidir ki, dünyada 300 milyondan artıq TÜRK kökənli insan yaşayır. Və Şimali Azərbaycan da təxminən 9 milyona yaxındır. Yerdə qalanlar qeyd etdiyim kimi, başqa xalqların nümayəndələridir. Özü də çox maraqlıdır ki, bizə, ermənilər, farslar uzun illərdi ki, türk deyə müraciət edir, ancaq Arif Rəhimzadə bizə türk demək istəmir. Öz şəxsi işidir. Yəqin ki, bu adam türk deyil. Ancaq unutmasın ki, mərhum Heydər Əliyev "bir millət, iki dövlət” şüarını, məhz anadolu türkləri ilə, oğuz türklərinin eyni kökə, eyni milli mənsubiyyətə aid olduğuan görə demişdi!”

 


Вернуться назад