Главная > Cəmiyyət > Arif Rəhimzadə məhkəməyə verilə bilər?

Arif Rəhimzadə məhkəməyə verilə bilər?


7-03-2017, 18:35.

Əyyub Kərimov: "Bu suala ən gözəl cavabı Bəxtiyar Vahabzadə verib”

Millət vəkili Arif Rəhimzadənin azərbaycanlıların türk xalqı olmadığı ilə bağlı səsləndirdiyi fikirlər ciddi ictimai qınağa səbəb olub. Məsələyə münasibət bildirən insanların bir çoxu millət vəkilini xalqın tarixini saxtalaşdırmaqda, onun milli kimliyini inkar etməkdə ittiham edib.

Maraqlıdır, A.Rəhimzadə hər hansı bir vətəndaş, yaxud təşkilat tərəfindən bu konteksdə məhkəməyə verilə bilərmi?

Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Hər hansı bir məsələ ilə bağlı məhkəmə iddiası qaldırıla bilər. Lakin burada söhbət onun pesrpsektivindən gedir. A.Rəhimzadə millət vəkili olsa da, onun son 10 ildə qanun yaradıcılığı sahəsində nə bir fikrini, nə bir təşəbbüsünü görməmişəm. Dünya parlamentlərində qanuna edilən əlavə və dəyişikliklər bəzən onu təklif edən insanın adı ilə adlandırılır. Məsələn, deyilir ki, bu, "Paul əlavəsi”dir, "Klod əlavəsi”dir və s. A.Rəhimzadənin vəzifəsi qanunun yaradıcılığına xidmət etməkdi. Təbii ki, o, bir millət vəkili olaraq bir sıra məsələlərlə bağlı fikir bildirə bilər. Lakin tarixçilərin işinə qarışmaq düşünmürəm ki, ona başucalığı gətirsin.

Hesab edirəm ki, ona veriləcək ən böyük cəza el qınağı ola bilər, nəinki hər hansı məhkəmə qərarı. Təsəvvür edin ki, məhkəmə onunla bağlı qərar çıxardı. Tutaq ki, bildirdi ki, A.Rəhimzadənin dedikləri yanlışdır. Lakin qeyd etdiyiniz kimi, bunca qınaqlardan sonra o, yenə də  doğru dediyini iddia edirsə, bunun nə xeyri?

 Bu yerdə B.Vahabzadənin gözəl bir şeiri yada düşür:

"Verilən cəzanın kimə nə xeyri,

Günahkar özündə günah bilməsə”.

 


Вернуться назад