Главная > Dünya > İŞİD-dən növbəti vəhşilik: Zəhərli raketlər buraxıldı

İŞİD-dən növbəti vəhşilik: Zəhərli raketlər buraxıldı


7-03-2017, 21:40.

İraqın Mosul şəhərində onlarla azyaşlı İŞİD terror qruplaşmasının kimyəvi silahlardan istifadəsi nəticəsində zəhərlənib.

Axar.az xəbər verir ki, terrorçuların Rəşidiyyə məhəlləsinə içində kimyəvi maddə olan 4 raket atdığı bildirilib.

Məlumata görə, hücum şəhərin qərb hissəsindən həyata keçirilib.

Adı açıqlanmayan mənbənin sözlərinə görə, raketlərin içərisindəki maddə xlor və xardal qazından da təhlükəli idi.

 


Вернуться назад