Главная > Müsahibə > “Oxusunlar, bilsinlər ki, Rəsulzadə kimdir”

“Oxusunlar, bilsinlər ki, Rəsulzadə kimdir”


6-03-2017, 18:03.

"Məmməd Əmin Rəsulzadəyə layiq olduğu qiymətin verilməməsi ilə bağlı səslənən fikirlərlə razı deyiləm”.

 

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə bildirib.

 

Rəis Rəsulzadə deyib ki, Məmməd Əmin xalqın qəlbindədir: "Rəsulzadə sevilir, həmişə əziz tutulur. Kitabları buraxılır. Tədricən başqa işlər də olacaq, hər şey öz yerini tapacaq. Əminəm ki, Rəsulzadəyə bu münasibət daimi olacaq. Sizə də təşəkkür edirəm ki, Rəsulzadəni yada salmısınız. Yaxşı olar ki, onun məqalələrindən verəsiniz. Bilməyənlər də oxusun, bilsin ki, Rəsulzadə kimdir.”

 

 
Uluyol.info

Вернуться назад