Главная > Media > Sosial şəbəkədə aktiv olanlar nədən şikayətçidirlər?

Sosial şəbəkədə aktiv olanlar nədən şikayətçidirlər?


6-03-2017, 16:38.

Sosial şəbəkədə aktivlik insanı ictimai həyatda passivləşdirir. Belə şəbəkələrdə sıx ünsiyyət quran adamlar özlərini real ictimai həyatdan təcrid edirlər. "American Journal of Preventive Medicine” jurnalında dərc olunmuş məqalənin müəllifləri bu fikirdədir.

Novator.az-ın məlumatına görə, məqalənin müəlliflərindən olan Brayen Praymek gəldikləri qənaəti izah edərkən vurğulayıb ki, gənclərin sosial şəbəkələrdən asılılığı epidemiya həddinə çatıb və bu, çox ciddi problemdir.

Brayen Praymek ABŞ-ın Pittsburq Universitetinin alimidir. O, açıqlamasında vurğulayıb ki, insan təbiətcə ictimai varlıqdır, amma müasir həyat tərzi adamları bir-birindən ayrı salır: "Sosial şəbəkələr bu problemdən çıxış yolu kimi görünə bilər, ancaq bizim tədqiqatımız göstərir ki, bu, belə deyil”.

Praymek və həmkarları 3 il ərzində ABŞ-da yaşayan, 19-32 yaş arasında olan, məşhur sosial şəbəkələrdən (Facebook, Youtube, Twitter, İnstagram və Tumblr və s.) istifadə edən 2 minə yaxın cavanın virtual və real həyatını araşdırıblar. Tədqiqat göstərib ki, təhsilindən, gəlirindən və digər ictimai-iqtisadi göstəricilərindən asılı olmayaraq sosial şəbəkədə 2 saatdan çox vaxt keçirən, virtual aləmdə çoxlu dostu olan adamlar başqa cavanlarla müqayisədə ictimai həyatdakı təcriddən iki dəfə çox şikayətlənirlər.

Alimlər deyirlər ki, sosial şəbəkə ünsiyyəti tam əvəz etmir və insanları ünsiyyətin digər növünə, o cümlədən real həyatda ünsiyyət yaratmağa yönəltmir.

Brayen Praymek vurğulayıb ki, şübhəsiz, bu, virtual aləmdə fəal olan adamların hamısına aid deyil, istisnalar hər yerdə var.

 


Вернуться назад