Главная > Region > İkram İsrafil: “Müşavirəni mən təşkil etmişəm, nə cəza verəcəksizsə, mənə verin”

İkram İsrafil: “Müşavirəni mən təşkil etmişəm, nə cəza verəcəksizsə, mənə verin”


6-03-2017, 16:13.

Müsavatın Divan üzvü, sabiq millət vəkili İkram İsrafil sosial şəbəkə vasitəsilə Şəki şəhər polis idarəsinə və Şəki İcra Hakimiyyətinə ilginc müraciət ünvanlayıb.

"Şəki müsavatçılarına qarşı repressiya davam edir. Fevralın 19-da iştirak etdiyim zona müşavirəsinə ev sahibliyi etmiş partiya üzvümüz Yusif Qarayevə saxta ittihamlarla 25 sutka hebs verdiler. İndi də digər müsavatçımız Azad Zamanovu polise çağırıblar. Sebeb yenede müşavirədə iştirak etməsidir.Buradan Şeki polisinə və icra hakimiyyətinə səslənirəm, müşavirəni təşkil edən mən İkram İsrafil olmuşam. Buyurun, nə ceza verəcəksizsə mənə verin.O insanları incitməyin, Allahınız olsun!” – İkram İsrafil özünün feysbuk səhifəsində yazıb.

Xatırlatma

Müsavat Partiyası Şəki şəhər təşkilatının fəalı Azad Zamanov polisə çığırılıb. Azad Zamanov martın 6-da polisə gedəcək.

Bu haqda "Basta”ya təşkilatın sədri Bakıxan Qəribli məlumat verib.

Qeyd edək ki, fevralın 23-də Müsavat Partiyası Şəki təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev məhkəmənin əsassız qərarı ilə 25 sutka müddətinə azadlıqdan məhrum edilib.

Bakıxan Qəribli hesab edir ki, təşkilat üzvlərinə qarşı təzyiqlərin artmasının səbəbi Müsavat Partiyası rəhbərliyinin iştirakı ilə burada keçirilən zona müşavirəsidir.

 

yusif-Qarayev
(bastainfo)

Вернуться назад