Главная > Aktual > Müsavat AKM Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir

Müsavat AKM Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir


5-03-2017, 21:20.

Almaniyada rəsmi qeydiyyatdan keçmiş "Müsavat Avropa Koordinasiya Mərkəzi” (AKM) bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:
"Martın 3-də gənc fəal, tanınmış bloqqer Mehman Hüseynov saxta ittihamlarla məhkəmə zalında həbs olunub. Onun vəkili Elçin Sadıqova isə müdafiə üçün hakim tərəfindən heç bir hüquqi şərait yaradılmayıb. Həm Mehman Hüseynova, həm də vəkili Elçin Sadıqova qarşı atılan bu addımı özbaşnalıq və kobud qanun pozuntusu olduğunu hesab edirik.

Son günlər Əliyevlər iqtidarı tərəfindən artan həbs və təzyiqlərin fonunda Mehman Hüseynovun da həbs edilməsini ölkədə azad düşüncənin susdurulmasına qarşı yönəlik növbəti bir cəhd kimi qiymətləndiririk.
"Müsavat” AKM hakimiyyətdən bu kimi qanunsuz əməllərə son qoymağı, bütün siyasi və vicdan məhbusları dərhal azad etməyi tələb edir.

"Müsavat” AKM / Almaniya
03.03.2017

 


 

(bastainfo)
Вернуться назад