Главная > GÜNDƏM > Trampla Blerin gizli razılaşması yayıldı

Trampla Blerin gizli razılaşması yayıldı


6-03-2017, 01:57.

Böyük Britaniyanın sabiq baş naziri Toni Bler martın 1-də gizli şəkildə ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib.

Axar.az "Meil on Sandi” qəzetinə istinadən xəbər verir ki, Bler Ağ Evdə Trampın baş müşaviri Cerard Kuşner ilə gizli danışıqlar aparıb. Tərəflərin Yaxın Şərqdəki vəziyyət və regionda sülhün tənzimlənməsi ilə bağlı müzakirə apardığı bildirilir.

Həmçinin Blerin Yaxın Şərqdə nə kimi rol oynayacağı ilə bağlı da fikir mübadiləsi aparılıb.

İddiaya görə, sabiq nazirin Kuşner tərəfindən Yaxın Şərqin "memarı” olaraq Trampın komandasına dəvət edilməsi gözlənilir.

Lakin qanuni olaraq, Blerin ABŞ administrasiyasında vəzifə tutmaq hüququnun olmadığı vurğulanır. Belə bir təyinat yalnız ictimai əsaslarla, qeyri-rəsmi gerçəkləşə bilər.

 



Вернуться назад