Главная > Maraqlı > Mağazada atom sualtı qayığının çertyoju tapıldı

Mağazada atom sualtı qayığının çertyoju tapıldı


5-03-2017, 22:46.

Uelsin Portmadoq şəhərindəki mağazaların birində "Trafalqar HMS” atom sualtı qayığının çertyojunu tapıblar.

Axar.az BBC-yə istinadla xəbər verir ki, anonim şəxs tərəfindən mağazaya verilən sənəd çamadandakı kitablarla birgə aşkar edilib.

"Belə qənaətə gəlmək olar ki, ölən şəxsin ailəsi həmin çamadanı kiməsə verib. Çamadanı götürən adam da onun içinə baxmayıb”, - deyə mağazanın satıcısı Stella Parker deyib.

O, həmin çertyoju auksiondan satmağı düşünür.

Qeyd edək ki, həmin çertyojda 1981-ci ildə istehsal edilən və 2009-cu ildə istifadədən çıxarılmış ilk nəsil "Trafalqar HMS” sualtı qayığı təsvir edilib.


 

Uluyol.info

Вернуться назад