Главная > İdman > "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti məğlubiyyətə uğrayıb
"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti məğlubiyyətə uğrayıb5-03-2017, 21:50. |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. "Report"un məlumatına görə, turun son oyununda "Neftçi" və "Zirə" komandaları üz-üzə gəlib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, hesabı "Neftçi" açıb. 60-cı dəqiqədə Daniel Seqovia penaltini dəqiq yerinə yetirib. Lakin cəmi 2 dəqiqə sonra Georgi Navalovski "Zirə"nin futbolçusu Təmkin Xəlilzadənin uzun reydindən sonra ötürməsini öz qapısına göndərib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Milan Duriç qoyub. Bu qələbədən sonra xallarını 29-a çatdıran "Zirə"
4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 20 xalla 6-cı pillədə qalıb. Hazırda turnir cədvəlinə 46 xala malik "Qəbələ" başçılıq edir. "Qarabağ" 45 xalla 2-ci, "İnter" 36 xalla 3-cü pillədə qərarlaşıb.
Вернуться назад |