Главная > Media > Baş redaktor təhdid edilir

Baş redaktor təhdid edilir


4-03-2017, 23:57.

Reportyor.org saytının baş redaktoru Arifə Əliyeva təhdid edilib.

Uluyol.info xəbər verir ki, bu barədə xanım baş redaktor özü məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Dəniz Administrasiyası rəhbəri haqda yazı dərc etdiyi üçün həmin qurumun rəhbərinin adından danışan şəxs onu hədələyib:"Qurumun rəhbəri Qüdrət Qurbanovun oğlu haqda yazı yayımladığım üçün hədələnirəm. Özünü Qüdrət Qurbanovun vəkili kimi təqdim edən şəxs reportyor.org-da gedən və Q.Qurbanovun oğlu haqda olan yazını dərhal silməyimi tələb etdi. Əks təqdirdə, mənimlə başqa cür danışacağını bildirdi. Bizim güvəndiyimiz dəniz nə vaxtdan insanların ölüm mənbəyinə çevrilib? Mən o yazını silməyəcəm, nə edirsən et dedim, o isə təkrar hədə-qorxu gəldi. Mənim başıma hər hansı bir hadisə gəlsə bunun məsuliyyəti birbaşa Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun üzərində qalacaq”. A.Əliyeva bildirib ki, zəng edən şəxs özünü ADDA-nın hüquqşünası kimi qələmə verib. Çox güman ki, bu, Q.Qurbanovun köməkçisidir. Onu da qeyd edək ki, eyni adlı yazı Reportyor.org saytında istinadla yayımlanıb. Son vaxtlar məmurların haqlarında gedən yazılara görə mediaya basqıları artmaqdadır. Görünür, ölkə başçısının dözümlü, humanist davranışları bəzi məmurlara dərs deyil".

Mövzunu diqqətdə saxlayacağıq.

Baş redaktor təhdid edilir
Вернуться назад