Главная > Siyasət > Tillersondan Qarabağla bağlı açıqlama

Tillersondan Qarabağla bağlı açıqlama


4-03-2017, 00:38.

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbəndyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Trend-in xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

"Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək", - məlumatda deyilir.

 


Вернуться назад