Главная > Problem > BMT: İraqda bir ay ərzində 392 dinc sakin həlak olub

BMT: İraqda bir ay ərzində 392 dinc sakin həlak olub


3-03-2017, 22:47.

2017-ci ilin fevralında İraqda hərbi əməliyyatlar, terror aktları və digər zorakılıq halları nəticəsində 392 dinc sakin həlak olub.
APA-nın məlumatına görə, bu barədə BMT-nin İraqdakı missiyası hesabatında deyilir.
Bundan əlavə, 613 nəfərin yaralandığı bildirilir. BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş İraqda mülki əhali arasında ölüm halları ilə bağlı narahatlığını ifadə edib.


Вернуться назад