Главная > Siyasət > Tramp Putinin sirrini açdı- FOTO

Tramp Putinin sirrini açdı- FOTO


4-03-2017, 00:07.

ABŞ-ın 45-ci prezidenti Donald Tramp "Twitter"də demokratların Senatdakı rəhbəri Çak Şumerin Rusiya prezidenti Vladimir Putinlə fotosunu paylaşıb. Tramp Çak Şumeri ikiüzlülükdə ittiham bildirib.

"Dərhal senator Şumerin Putinlə münasibətlərinə dair araşdırma aparmaq lazımdır. Bu ikiüzlülükdür" – deyə Donald Tramp yazıb.

Çak Şumeri isə Trampa cavabı gecikməyib. O, bildirib ki, Tramp axmaq və ikiüzlüdür.

Qeyd edək ki, bundan əvvəl isə Çak Şumerin özü ABŞ-ın ədliyyə naziri Ceff Seşnsi Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakovla əlaqələrinə dair məlumatlar səbəbindən istefaya çağırmışdı. Seşns isə rusiyalı diplomatla əlaqə saxladığını təsdiq edib. O, bildirib ki, diplomatla terrorizmə qarşı mübarizəni, Ukraynada vəziyyəti müzkirə edib. Nazir həmçinin 1991-ci ildə nümayəndə heyətinin tərkibində Rusiyaya səfər etdiyini də xatırladıb.

Ziya Səccad, Ölkə.Az


 


Вернуться назад