Главная > Mövqe > Rusiya separatçı respublikanı tanıyacaqmı? – Peskov açıqladı

Rusiya separatçı respublikanı tanıyacaqmı? – Peskov açıqladı


3-03-2017, 19:34.

Kremlin mətbuata katibi Dmitri Peskov "Rusiya separatçı Donetsk və Luqansk” respublikalarını tanıyacaqmı?” sualına cavab verib.

Avropa.info xəbər verir ki, Peskov deyib ki, Rusiyanın xarici siyasəti dövlət başçısı tərəfindən müəyyən olunur.

"Tək bunu deyə bilərəm. Konstitusiyaya görə, Rusiyanın xarici siyasətini dövlət başçısı müəyyən edir, məhz Rusiya prezidenti” – Peskov belə deyib.

Xatırladaq ki. fevral ayında Putin Ukraynanın işğal olunmuş ərazilərinin hakimiyyət orqanlarının Ukrayna vətəndaşlarına verdiyi sənədləri tanımışdı.

 


Вернуться назад