Partlayıcı qurğunun işə düşməsi
nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də
döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.
Müxtəlif dərəcəli xəsarətlər alan müddətli hərbi qulluqçular Ermənistan Müdafiə
Nazirliyinin xəstəxanasına yerləşdirilib. Onların sayı açıqlanmır.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma
maddəsi ilə cinayət işi açıb.
Вернуться назад
|