Главная > Dünya > Balkanlar qızışır: müsəlman-xristian toqquşması

Balkanlar qızışır: müsəlman-xristian toqquşması


3-03-2017, 18:29.

Makedoniya Prezidenti Georgi İvanov müxalifət lideri Zoran Zayevə hökuməti formalaşdırmağa izn verməyib.

Axar.az "Faynənşl Tayms” qəzetinə istinadən xəbər verir ki, İvanov Zayevi Qərbin dəstəyi ilə alban planını həyata keçirməkdə ittiham edib. Zayevin fikrincə, bu plan dövləti məhv edə bilər.

Zayevin isə İvanova cavabı sərt olub. Prezidenti dövlət çevrilişi etməkdə günahlandıran müxalifət lideri hökumət rəhbəri olacağı təqdirdə alban dilinin statusunu artıracağını və onu dövlətin ikinci rəsmi dili elan edəcəyini bildirib.

Avropa Birliyinin baş diplomatı Federika Moqerini də artıq İvanovu tənqid edib. Dünən Skopyeyə gələn Moqerini prezidentin addımının demokratiyanın ruhuna zidd olduğunu bildirib:

"Liderlər məsuliyyətsiz davranışlardan və etnik konfliktlərin qızışdırılmasından qaçmalıdır. Bu siyasi böhranın geosiyasi konflikt səviyyəsinə qədər böyüməsinə imkan vermək olmaz”.

Qeyd edək ki, Makedoniyanın AB-yə üzv olmasına əsas maneə ölkədəki etnik gərginlikdir. Üstəlik, bu bölgə uğrunda Rusiya və AB arasında mübarizə gedir. Moskva Makedoniyanın tam olaraq AB-yə daxil olmasını istəmir və bunu özü üçün təhdid sayır.

 


Вернуться назад