Главная > Region > Dünən şəhid olan Süleyman Süleymanov Qazaxda dəfn edilir - Fotolar

Dünən şəhid olan Süleyman Süleymanov Qazaxda dəfn edilir - Fotolar


3-03-2017, 12:24.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi gərginliyin artması ilə bağlı şiddətlənən atışma nəticəsində Qazax rayonunun Daş Salahlı kəndindən olan Süleymanov Süleyman Elçin oğlu şəhid olub.

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Süleyman cəbhə xəttinin Ağdam istiqamətində şəhid olub.

Onun cənazəsi artıq Daş Salahlıda yaşayan valideynlərinə verilib. Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani şəhidin valideynlərinə və kənd camaatına Süleymanın şəhid olması barədə təfərrüatları danışıb.

Əməkdaşımız Nihat Cəbrayıl şəhidin dəfnində və hüzr məclisində iştirak edir. Onun verdiyi xəbərə görə Süleyman Süleymanovun atası Elçin Süleymanov Birinci Qarabağ Savaşı qazisidir.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun.


 

 


Вернуться назад