Главная > Region > Salyanda Kürün səviyyəsi aşağı düşdü, nasoslar quruda qaldı - FOTO

Salyanda Kürün səviyyəsi aşağı düşdü, nasoslar quruda qaldı - FOTO


2-03-2017, 20:25.

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb.

Uluyol.info Report-a istinadən xəbər verir ki, son vaxtlar havanın qeyri-sabit keçməsinə baxmayaraq, çayın səviyyəsi son on gündə 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində kiçik ada yaranıb, eyni zamanda bəzi su nasosları quruda qalıb. Nəticədə nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislərin fikrincə, çayda suyun səviyyəsi bu templə aşağı düşərsə, suvarma işlərində ciddi çətinliklər yarana bilər.

 


Вернуться назад