Главная > Ölkə > Arif Hacılı Arif Rəhimzadənin son açıqlamalarına sərt təpki verdi

Arif Hacılı Arif Rəhimzadənin son açıqlamalarına sərt təpki verdi


2-03-2017, 22:33.

Müsavat başqanı Arif HacılıAzərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin "azərbaycanlılara "türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.” fikrinə sərt təpki verib.

"Belə dəhşətli hala gəldik.

Dövlətin ikinci adamı rus dilindən imtina edib ana dilinə üstünlük verən müstəqil dövlətlərdəki tendensiyanı anlamadığını deyir.

Parlamentə gətirdikləri Əlizadə milli kimliyimizi şübhə altına alır. İndi də Əliyev rejiminin qurucularından biri Arif Rəhimzadə "azərbaycanlılar türk deyil, Rusiya səhv olaraq azərbaycanlıları türk hesab edir” deyir.

Ərazilərimiz işğal altında, sərvətlərimiz talan olunur, indi də kimliyimizə həqarət edilir.

Biz belə alçaldıcı münasibətə layiq xalq deyilik.

Dözməməliyik, susmamalıyıq.”

 

Yazı Arif Hacılının facebook səhifəsindən götürülüb.

(bastainfo)

 


Вернуться назад