Главная > Maraqlı > Özünə 3 günlük qəbir düzəltdi- “Onlarla qəbirdən danışmaq istəyirəm..."

Özünə 3 günlük qəbir düzəltdi- “Onlarla qəbirdən danışmaq istəyirəm..."


3-03-2017, 02:40.

İrlandiyanın Belfast şəhər sakini 3 günlük müddətə özünə qəbir qazaraq orda yaşamağa qərar verib.

Bu barədə lenta.ru xəbər verir. O, bununla zərərli vərdişlərdən və depressiyadan əziyyət çəkənlərə yardım etməyi planlaşdırır. 1 martda şəhərdəki kilsələrdən birinin yanında dərin qəbir qazılıb. Onun içinə geniş bir tabut düzəldilib. Valkinq Free təşkilatının yaradıcısı olan Con Edvars onun içində 3 gün keçirəcək.

Tabutun içində oturmaq da mümkündür. C.Edvars tabutun içində uzanır, daxildə ventilyasiya və Wi-Fi sistemi də var. O, qəbirdən birbaşa canlı yayım aparır, alkoqol və narkomanlarla ünsiyyətə girir, onlara yardım etməyə çalışır. Edvars deyir ki, "Onlarla qəbirdən danışmaq istəyirəm. Bura köçmədən əvvəl onlara bir ümid verməkdir məqsədim”. Onun bu aksiyası dünyada milyonlarla insanın diqqətini cəlb edib.(musavat.com)


 

Uluyol.info

Вернуться назад