Главная > Mənəviyyat > Sabah qar yağacaq, yollar buz bağlayacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq31-12-2015, 15:43. |
Yanvar 1-də Bakıətrafı avtomobil yolları buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə -3-0 dərəcə şaxta, gündüz 0-3 isti, Bakıda gecə -1 dərəcəyədək şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Havanın temperaturu gecə -5-1 dərəcə şaxta, gündüz -1 dərəcədən 4 dərəcəyədək isti, dağlarda gecə -10-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə -15 dərəcəyədək şaxta, gündüz -5-0 dərəcə şaxta olacağı gözlənilir. Вернуться назад |