Главная > Ölkə / GÜNDƏM > Tofiq Yaqubludan xəbər var

Tofiq Yaqubludan xəbər var


22-10-2015, 12:44.

tofiq yaDünən vəkil Nemət Kərimli vicdan məhbusları, Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Fərəc Kərimli ilə görüşüb. Bu haqda  "Basta"ya məlumat verən Nemət Kərimli Tofiq Yaqublunun şikayətinə dair işə yenidən Şəki Apelyasiya Məhkəməsində baxılacağını bildirib. Xatırladaq ki, ötən həftə Ali Məhkəmə işi uzatmaq və Avropa İnsan Haqları Məhkəməsinə şikayətin verilməsini yubatmaq üçün bura ünvanlanan şikayəti təmin etməmiş, işi Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı.

Tofiq Yaqublu vəkilə bildirib ki, Appelyasiya Məhkəməsinin onun şikayətinə dair iclasında iştirak etmək istəmir. Şəki Apelyasiya Məhkəməsinə İşə Tofiq Yaqublunun iştirakı olmadan baxılması haqqında müraciət olunub. Tofiq Yaqublu özünün bu mövqeyini məhkəmənin ədalətli qərar çıxaracağına inanmaması ilə əsaslandırıb.

bastainfo.com


Вернуться назад