Главная > Cəmiyyət > Azərbaycanın 50-dən çox ruhanisi Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır

Azərbaycanın 50-dən çox ruhanisi Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır


27-02-2017, 13:23.

Azərbaycan ruhaniləri ARM-ın üzvü, "Maide.Az” saytının baş redaktoru ruhani Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır

Ölkə ruhanilərinin narahatlığını əks etdirən bəyanatı təqdim edirik:

 

Bismillahir-Rəhmanir-Rəhim!

 

Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.

 

Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır. Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması hər kəsə bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq mövqeli bir insandır. Belə bir insanın cümə namazı qılmasına görə həbs etmək – anlaşılmaz və ağlasığmaz bir haldır.

 

Böyük təssüf hissi ilə bəyan edirik ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün heç bir əsas verməmişdir.

 

Qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Belə olan halda, Hacı Sərdar Hacıhəsənlinin camaatla namaz qılması kimləri narahat edə bilərdi ki? Hacı Sərdar Hacıhəsənli öz namazı ilə hansı təkfirçi–vəhhabi dairələri narahat etdi ki, nəticədə belə anlaşılmaz durum yarandı?

 

Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etdiyi halda, Hacı Sərdar hansı qanunları pozmuşdur?

 

Ölkəmizdə "İslam həmrəyliyi ili” elan olunan bir zamanda, Hacı Sərdar Hacıhəsənli kimi bir Əhli-Beyt (ə) ruhanisini həbs etmək, görəsən kimlərin planlarına aiddir?

 

Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi - əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.

Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.


 

Uluyol.info
Вернуться назад