Главная > Video xəbər > Amerikadakı azərbaycanlılar Ermənistan səfirliyinə qara çələng apardılar -VİDEO, FOTOLAR
Amerikadakı azərbaycanlılar Ermənistan səfirliyinə qara çələng apardılar -VİDEO, FOTOLAR25-02-2017, 20:06. |
Amerikadakı azərbaycanlılar Xocalı faciəsini andılar – Nyu York və Vaşinqton şəhərlərində "Qarabağ- Xocalı” sədaları yüksəldi
Fevralın 24-də ABŞ-ın Nyu York və Vaşinqton şəhərlərində yaşayan azərbaycanlılar Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı sözügedən şəhərlərdə etiraz aksiyası keçiriblər. Musavat.com-un Amerikaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Nyu Yorkdakı aksiya öncə Ermənistan nümayəndəliyinin qarşısında baş tutub. Saat 12.30-da nümayəndəliyin qarşısına yığışan həmvətənlərimiz üzərində "Xocalıya ədalət”, "Sərkisyan uşaq qatilidir”, "Qarabağ Azərbaycan torpağıdır” şüarları yazılmış plakatlarla etirazlarını ifadə ediblər. Onlar həmçinin eyni şüarları səsləndiriblər.
Sevinc TELMANQIZI Nyu York
Вернуться назад |