Главная > Cəmiyyət > Sabah günün birinci yarısında metronun "Xətai" stansiyası işləməyəcək

Sabah günün birinci yarısında metronun "Xətai" stansiyası işləməyəcək


25-02-2017, 19:08.

Bakı Metropoliteninin "Xətai" stansiyası fevralın 26-da günün birinci yarısında işləməyəcək.

"Report"un məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, sabah-fevralın 26-da metronun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq. Onun sözlərinə görə, saat 12:00-dan "Xətai" stansiyasına giriş açıq olacaq: "15:00-dan etibarən "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək".

 


Вернуться назад