Главная > Siyasət > Tramp nəhəng media quruluşlarını ölkəsi üçün təhlükə elan etdi - skandal

Tramp nəhəng media quruluşlarını ölkəsi üçün təhlükə elan etdi - skandal


25-02-2017, 17:17.

ABŞ Prezidenti Donald Tramp CNN telekanalı və "Nyu York Tayms” qəzetini saxta xəbər yaymaqda ittiham edib.

Axar.az xəbər verir ki, Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb.

"KİV qəsdən həqiqəti demir. Bu da bizim ölkəmiz üçün böyük təhlükədir. "Nyu York Tayms” səhvlər buraxır və bu da onu CNN kimi istehza hədəfinə çevirib. Kədərlidir”, - prezident yazıb.

Qeyd edək ki, CNN, "Nyu York Tayms”, "Politiko”, "Los Anceles Tayms” Ağ Evdə keçirilən son brifinqə buraxılmayıblar.

 


Вернуться назад