Главная > Ümumi > İsa Qəmbər – 60

İsa Qəmbər – 60


24-02-2017, 11:14.

Siyasətçi, dövlət xadimi İsa Qəmbərin 60 yaşı tamam olur.

İsa Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə yatıb.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutmuş İsa Qəmbər hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

İsa Qəmbərin iki oğlu, bir nəvəsi var.

 

(novator.az)
Вернуться назад