Главная > Region > Müsavat fəalı polisə aparıldı

Müsavat fəalı polisə aparıldı


23-02-2017, 21:16.

Bu gün Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev polisə aparılıb.

Bu haqda "Basta”ya Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.

"Axşam saat 6-da onu polisə aparıblar. Artıq saat 9-dur, amma hələ buraxılmayıb”, – təşkilat sədri bildirib.

Bakıxan Qəribli hesab edir ki, Yusif Qarayevin polisə aparılmasının səbəbi fevralın 19-da onun evində Müsavatın Divan üzvləri Elman Fəttah və İkram İsrafilin iştitrakı ilə partiyanın zona müşavirəsinin keçirilməsidir.

"Bildiyiniz kimi, bu yaxınlarda qərargahımızı əlimizdən alıblar. Ona görə müşavirəni Yusif Qarayevin evində keçirdik. Ehtimal edirəm ki, onun polisə aparılması bununla bağlıdır”, – Bakıxan Qəribli qeyd edib.

Mustafa Hacıbəyli, bastainfo.com

 


Вернуться назад