Главная > Siyasət > Gələcək Azərbaycan Partiyasının 3 yaşı qeyd edildi-FOTOLAR

Gələcək Azərbaycan Partiyasının 3 yaşı qeyd edildi-FOTOLAR


23-02-2017, 21:04.

Bu gün Gələcək Azərbaycan Partiyasının yaranmasının 3 yaşı tamam olur. Bununla bağlı GAP rəhbərliyi Müsavat Partiyasının Mərkəzi Qərərgahında Partiyanın yaranmasının 3 yaşını qeyd edib.

Partiyadan "Basta”ya təqdim olunan məlumatda deyilir:

"Ad günü tədbirində partiyanın fəaliyyəti, qarşıdakı əsas strateji hədəfləri haqqında geniş məlumat verilmişdir.

Toplantıda çıxış edən qonaqlardan keçmiş daxili işlər naziri İsgəndər Həmidov Yeni Azərbaycan Partiyasının ən yaxın müddətdə Gələcək Azərbaycan Partiyası ilə əvəz olunmasını arzuladığını bildirmiş və partiya lideri Rəsul Quliyev başda olmaqla Ağasif Şakiroğluna uğurlar arzulayıb.

ADP sədri Sərdar Cəlaloğlu isə Azərbaycan müxalifətini toparlana bilməməkdə, yeni qüvvələrə dəstək olmamaqda, Rəsul Quliyev kimi siyasi lideri lazımı səviyyədə müdafiə etməməkdə ihtiham edərək, Gələcək Azərbaycan Partiyasına uğurlar arzulayıb.

Çıxış edən Ağ Partiyanın başqanı Tural Abbaslı isə öz növbəsində Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna siyasi meydanda tək olmadığını bildirmiş və siyasi mübarizədə gənclərin həmrəyliyinin vacibliyindən bəhs etmişdir.

BAP sədri Elşad Musayev Gələcək Azərbaycan Partiyasının rəhbərliyini təbrik edərək ölkədəki mövcud vəziyyətin dəyərləndirməsini aparmış və Azərbaycan müxalifətinin ölkədə mövcud vəziyyəti dəyişmək üçün yeni metodlar üzərində işləməyin vacibliyinə diqqəti çəkmişdir.

Gap 00Gələcək Azərbaycan Partiyası - GAP adlı birinin şəkli.Gələcək Azərbaycan Partiyası - GAP adlı birinin şəkli.

 


Вернуться назад