Главная > Region > Sahib Rüstəmli işinə bərpa olundu

Sahib Rüstəmli işinə bərpa olundu


23-02-2017, 19:58.

Sabirabad rayonu, Türkəndi kənd orta məktəbindən uzaqlaşdırılan fizika müəllimi Sahib Rüstəmlinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sabirabad Rayon Məhkəməsi Sahib Rüstəmlinin iddiasını təmin edib. O, yenidən çalışdığı məktəbə bərpa olunub.

40 ildir çalışdığı məktəbdən uzaqlaşdırılan S.Rüstəmli AXCP Sabirabad rayon şöbəsinin veteranlarından və partiyanın Ali Məclisinin üzvüdür.

O, vəzifəsindən aktiv siyasi fəaliyyətinə görə uzaqlaşdırılmışdı.//azadliq.info

 

 Uluyol.info

 


Вернуться назад