Главная > Mənəviyyat > HDP bağlana bilər

HDP bağlana bilər


30-12-2015, 22:28.

bitmap-img6

 

HDP Türkiyənin Baş naziri Əhməd Davudoğludan üzr istəməlidir"

 


Axar.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çəlik deyib.
 
O, HDP sədri Səlahəddin Dəmirdaşın kürdlərin muxtariyyəti ilə bağlı çıxışına sərt münasibət bildirib:
 
"Muxtariyyət elan etdim" demək siyasi sui-qəsdə cəhd etmək anlamına gəlir. HDP rəhbərliyi cənab Davudoğludan üzr istəməlidir. Lakin hələ də dediklərinin arxasında dururlar. Siyasi partiyaların bağlanılmasına qarşıyıq. Çünki siyasi partiyaları xalq formalaşdırır. 

Lakin heç kim terrorçuların fəaliyyətinə dəstək verə bilməz. İspaniya təcrübəsində rast gəlmişik. Terrora dəstək verən partiyalar bağlanılır. Bununla bağlı qanunvercilikdə nəzərdə tutulan maddələr var. Lakin partiyanı bağlamaqla biz problemin həll olunacağını düşünmürük”, - Çəlik vurğulayıb. 

Вернуться назад