Главная > Cəmiyyət > Neft Daşlarında elektrik montyor yıxılaraq həyatını itirib

Neft Daşlarında elektrik montyor yıxılaraq həyatını itirib


22-02-2017, 21:48.

"Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın "B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

SOCAR-dan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 


Вернуться назад