Главная > Müsahibə > Orduxan Teymurxanın qohumlarına 30 sutka həbs cəzası verilib

Orduxan Teymurxanın qohumlarına 30 sutka həbs cəzası verilib


21-02-2017, 11:48.

Hollandiyada yaşayan azərbaycanlı blogger, Əliyev hakimiyyətini tənqid edən Orduxan Teymurxanın ailə üzvlərinə qarşı təzyiqlər səngimir.Bloggerin bacılarının, bacısı qızlarının, hətta ailədəki iki yaşlı uşağın da zorla polis idarəsinə aparılıb uzun müddət orada saxlanılması ilə müşayiət olunan rəzalətdən sonra daha bir qanunsuz addım atılıb.

Məlum olub ki, bloggerin qardaşı Xanlar Teymurxana və bacısı oğlu Sabuhi Zeynalova 30 sutka inzibati həbs cəzası verilib. Bu haqda başqa bir blogger, "Meydan TV”nin əməkdaşı Həbib Müntəzir məlumat yayıb.

Tənqidçi bloggerin yaxınları da siyasi sifarişlə həbs olunan bir çox fəallar kimi, "polisə müqavimət göstərməkdə” ittiham olunur.

Xatırladaq ki, fevralın 18-də Orduxan Teymurxanın yaxınlarını, o cümlədən bacılarını polis idarəsinə aparıb, bloggerdən sosial şəbəkələrdə Əliyev hakimiyyətinə qarşı tənqidləri dayandırıb, indiyədək yaydığı materialları silməyi tələb edirdilər.//azadliq.info


Вернуться назад