Главная > Ölkə > MSDM Qarabağ mövzusunda Dəyirmi Masa keçirdi-FOTOLAR

MSDM Qarabağ mövzusunda Dəyirmi Masa keçirdi-FOTOLAR


21-02-2017, 18:30.

Bu gün Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) təşkilatçılığı ilə Dəyirmi Masa keçirilib. Dəyirmi Masanın mövzusu "Qarabağ: İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma məsələsi” olub.

Tədbirdə giriş sözü ilə çıxış edən MSDM sədri İsa Qəmbər ölkənin köklü problemlərinin, o cümlədən Qarabağ probleminin həll olunmayaraq qaldığını, əksinə problemlərin getdikcə artdığını bildirib. İşğal olunmuş ərazilərin ermənilər tərəfindən məskunlaşmasının artan problemlərdən biri olduğunu bildirib. İsa Qəmbər bu gün ölkə başçısı İlham Əliyevin fərmanı ilə Mehriban Əliyevanın birinci vitse prezident vəzifəsinə təyin olunmasına da toxunub. İsa Qəmbər bu fərmanın nə beynəlxalq aləmdə, nə də Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu olan Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunacağını bildirib.

Tədbirdə tanınmış konfliktoloq Elxan Mehdiyev məruzə ilə çıxış edib.

Müzakirələrdə, Müsavat başqanı Arif Hacılı, Real Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli, yazıçı Mehriban Vəzir, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, millət vəkili Arzu Səmədbəyli, "Turan” agentliyinin direktoru Mehman Əliyev, MSDM-in üzvü Vaqif Hacıbəyli, Müsavat Partiyasının Divan üzvləri Alya Yaqublu və Vəfa Cümşüdlü, Şuşa Ağsaqqallar Cəmiyyətinin üzvü Asif Məmmədli, İcra Aparatının rəhbəri Gülağa Aslanlı və digərləri iştirak ediblər.

Müzakirələrin videosu əlavə ediləcək.//bastainfo

 

16837822_1404273422936280_259397352_n

16838133_1404273576269598_1806317589_n16838148_1404273426269613_1018809163_n16839416_1404273379602951_903040509_n16900173_1404273392936283_589990614_n16900270_1404273406269615_1394306292_n16900353_1404273482936274_1023577583_n16901447_1404273569602932_1756510899_n16901551_1404273566269599_1138934823_n16901655_1404273609602928_1904005419_n16901710_1404273469602942_2002911352_n16901737_1404273402936282_1250053869_n (1)16901737_1404273402936282_1250053869_n16901786_1404273429602946_1876047069_n16923369_1404273596269596_720783543_n16923408_1404273626269593_1741450976_n16923447_1404273579602931_300223413_n16923581_1404273572936265_2114479033_n16923636_1404273532936269_1509437366_n


Вернуться назад