Главная > Region > Masallı-Yardımlı yolunda torpaq sürüşməsi baş verib

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi baş verib


20-02-2017, 23:27.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, sürüşmə hadisəsi Masallı- Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.

Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.


Вернуться назад