Главная > İdman > Hakim “Lonqan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi, görün nələr oldu-VİDEO

Hakim “Lonqan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi, görün nələr oldu-VİDEO


20-02-2017, 20:38.

Futbol üzrə Vyetnam çempionatında "Lonqan” komandasının oyunçuları hakimin qərarına etiraz olaraq öz qapılarından üç top buraxıblar.

 

 "Ho Şi Min Siti” və "Donqtam Lonqan” komandaları arasındakı matçın son dəqiqələrində, hesab 2:2 olarkən, hakim "Lonqan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

 

Hakimin qərarından narazı qalan "Lonqan” futbolçuları öz etirazlarını qeyri-adi şəkildə nümayiş etdiriblər.

 

Penalti zərbəsi zamanı qapıçı üzünü çərçivəyə tərəf çevirib. Bundan sonra "Donqtam Lonqan”ın oyunçuları rəqib komandanın hücumları zamanı hərəkətsiz dayanıblar və qapılarından daha iki top buraxıblar.

 

Qeyd edək ki, matç fevralın 19-da keçirilib və "Ho Şi Min Siti” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.//oxu.az


 

 


Вернуться назад