Главная > Video xəbər > Şamaxıda hər kəsi təəccübləndirən "Qardan gəlin" - VİDEO

Şamaxıda hər kəsi təəccübləndirən "Qardan gəlin" - VİDEO


20-02-2017, 19:34.

Qar yağanda ilk iş qartopu oynamaq, ya da qar adamı yəni şaxta baba düzəltməkdi. Ancaq bu dəfə "baba" yox, gəlin hazırladılar. İncəsənətə marağı olan 23 yaşlı Şamaxı sakini qardan hazırladığı gəlinlə diqqət mərkəzindədir.

ARB Şəki xəbər verir ki, bütün incəliklərin əks olunduğu heykəltəraşlıq nümunəsini xatırladan bir əsər, "qar gəlin"dir.

Yağan qarı fürsət bilən Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib. Bir neçə saat içərisində qardan gəlin hazırlayıb. Gənc qar gəlinin geyimini, saç düzmünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət - ənənələrə uyğun olaraq belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.

Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qardan gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüb. Havaların isinməsi ilə qardan gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq. Təbii ki, bir yerə qədər. Havalar isinər-isinməz qardan gəlinin də qəmi artacaq, əriyib suya dönəcək.


 


Вернуться назад