Главная > Türk Dünyası > Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik

Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik


19-02-2017, 21:47.

Dünya qaqauzlarının 4-cü konqresi çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bölgəmizə səfər edəcəyini gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Qaqauziya muxtar vilayətinin lideri İrina Vlah türk diplomat Əhməd Yıldızla görüşündə deyib.

"Cənab Ərdoğanın bu il Qaqauziyaya səfər edəcəyinə ümid edirik. Biz qaqauz xalqının tək olmadığını və arxasında Türkiyə kimi qardaş ölkənin dayandığını görürük”, - Vlah bildirib.

Yıldız isə Ərdoğanın may ayında bölgəyə səfər edəcəyini istisna etməyib.


Вернуться назад