Главная > Siyasət > İranın keçmiş vitse prezidenti namizədliyini irəli sürüb

İranın keçmiş vitse prezidenti namizədliyini irəli sürüb


19-02-2017, 20:30.

İranın keçmiş vitse prezidenti Həmid Rza Bəkai bu il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib.

Musavat.com Tasnim agentliyinə istinadən xəbər verir ki, Bəkai, Mahmud Əhmədinejatın hakimiyyəti dövründə vitse prezident vəzifəsini icra edib.

Məlumata görə, Bəkai seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək. Qeyd edək ki, 2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejat isə 2017-ci ilin mayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

 


Вернуться назад